Bölmələr
Kitabxana / Servislər
Qan yaddaşı
Ulduz döyüşçü
   
 
Adı: Бот 
Döyüşçü: Jackie Chan
E-mail: amoona@box.az
Yaşı: 17
Mobil: 050 495 ?1 ?8
Digər
Nişanlar Rütbələr Bacarıqlar
 
Sərkərdə

Sərkərdə, mələklər qardaşlığı strukturasını yaradandır. O Mələklər qardaşlığı nizamnaməsini tərtib edərək bütün mələklərdən ona əməl etmələrini tələb edir. Ay ərzində baş mələkdən bölmələr üzrə ümumi hesabat tələb etməkdədir. Sərkərdə oyunun bütün bacarıqlarına və baş mələkdə olan bütün bacarıqlara malikdir.




 
Baş mələk

Baş mələk, strukturada olan bütün bölmələri təyin etmək, Mələklər qardaşlığına nümayəndələri qəbul etmək, onları rütbələrə yüksəltmək, Qəhrəmanları qarşı cins cəngavər qadınlarla evlənmək kimi məsələləri yerinə yetirmək, qəhrəmanlara qanun qarşısında təmizlik ovsunu tətbiq etmək, bütün diplomatik əlaqələri yürütmək, ümumi mələklərə forum ixtiyarı vermək, hər bir mələyə vəzifə təyin etmək, forumun bütün bölümlərində ixtiyarı olmaq və ölüm mələyinə aid olan hər bir bacarıq baş mələyin bacarıqlarında cəmləşmişdir.




 
Ölüm mələyi

Ölüm mələkləri, artıq professional olan bir struktur nümayəndələridir. Onlar olduqları mövqedə çox böyük təlimatlar alırlar və ciddi şəkildə nəzarət, təlimatlar və bir sözlə bütün öhdəlikləri yerinə yetirirlər. Ölüm mələklərinin bacarıqları, Ədalət yaradıcılarına aid olan bütün bacarıqlar onlarda da mövcuddur. Lakin, Ölüm mələklərini Ədalət yaradıcılarından ayrı salan xüsusiyyət ondadır ki, Ölüm mələkləri qəhrəmanların qanunsuzluqlarını aşkar etdikləri zaman İerarxiya üzrə yuxarıda olan idarəçilərin əmri və təlimatı ilə qəhrəmanları Sürgün(1g, 3g, 1h, 2h, 1a, 2a, 1il, ömürlük) ovsunları ilə cəzalandıra bilir və Bağlamaq ovsunları ilə qəhrəmanın oyunda fəaliyyətinə son verə bilir.




 
Ədalət yaradıcısı

Ədalət yaradıcıları artıq mələklər qardaşlığında ixtisaslaşmış Kadrlardır. Bu kadrlar tutduqları mövqedə daima işi davam etdirən nümyəndələrdir və bir başa həmin bölmənin əməkdaşı vəzifəsindədirlər. Ədalət yaradıcıları, Səma nəsihətçilərində olduğu kimi bütün susma ovsunlarına malikdirlər. Bundan əlavə Onların Forum susma ovsunları tətbiq etmək hüququ vardır (1g, 3g, 1h, 2h, 1 ay, 3ay). Bundan Əlavə Ədalət yaradıcıları qəhrəmanların bütün maliyyə əməliyyatlarına nəzər yetirmək qabiliyyətinə o cümlədən qəhrəmanın yarandığı tarixdən sonuncu vəziyyətinə qədər baş vermiş bütün şəxsi məsələlərinə nəzarət edə bilirlər. Bununla yanaşı onlar qəhrəmanların hansı İP ünvandan oyuna daxil olmaqlarına nəzər salırlar. Qəhrəmanların doğum tarixlərinə nəzər sala bilir, onların döyüş modifikasıyalarını görür (Mf) və qəhrəmanın nəğd pul vəsaitini görmə kimi qabiliyyətlərə malikdirlər. Ədalət yaradıcıları rəis və başçılar tərəfindən verilən təlimatlara əsasən müəyyən bölmələr üzrə forum moderatorluğuna malikdirlər.




 
Səma nəsihətçisi

Səma nəsihətçisi artıq sınaqdan çıxan nümayəndədir və hər hansı bir bölmə və mövqe üzrə ixtisaslaşmağa və savadlanmağa doğru irəliləməkdədir. Səma nəsihətçilərinin Bütün susma ovsunları mövcuddur. Yəni (10 dəq, 20, 30, 1s, 2s, 3s, 8s, 1gün). Bundan əlavə onlar forumda moderatorluq etmək qabiliyyətinə malik olurlar (müəyyən bölümlər üzrə).




 
Vəhy mələyi

Vəhy mələyi, Mələklər qardaşığına qəbul olan yeni numayəndədir. Bu nümayəndə müəyyən bir zamana qədər sınaq müddətində olmaqdadır və bu müddət ərzində bu mələyə yalnız 10 dəqiqə susma ovsunu cəzası tətbiq etmək hüququ verilir.




 
2-ci rütbəli nur qoruyucusu

2-ci rütbəli Nur qoruyucusu – səma nəsihətlərinə aid olan bütün bacarıqlara malikdirlər. Bundan əlavə onlar qəhrəmanların doğum tarixlərinə nəzər sala bilir, onların döyüş modifikasıyalarını görür (Mf) və qəhrəmanın nəğd pul vəsaitini görmə kimi qabiliyyətlərə malikdirlər. Ədalət yaradıcıları rəis və başçılar tərəfindən verilən təlimatlara əsasən müəyyən bölmələr üzrə forum moderatorluğuna malikdirlər. Əsas vəzifələri Mələklər qardaşlığını döyüş strategiyası üzrə verilən əmrləri yerinə yetirmək, cərimə sıyahısında olan qəhrəmanları cəzalandırmaq və onlara dərs verməkdir. Müharibədə hər zaman xeyir qüvvələri təmsil etməkdədirlər.
İstifadəçi paneli


Login:
Şifrə:

Saytda: 1
Qonaq: 1
İstifadəçi 0
Əyləncə
Mini Çat
300
Səsvermə
Saytımız necədir?
Bütün cavablar: 329
Təqvim
«  May 2024  »
BeÇaÇəCaŞəBa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
www.inqlab.clan.su | Designer: ULTRASLAN © 2024